Dünya çempionatı: İsfahan Həsənov ikinci görüşündə də qələbə qazanıb

media-ads_728_90

Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatındakı ikinci görüşündə qələbə qazanıb.

“TV1″ xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda polşalı Şimon Trederi üstələyib.

Görüş 1:1 hesabı ilə bitsə də, Azərbaycan idmançısı sonuncu xal prinsipinə əsasən qalib elan edilib.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

media-ads_728_90
Paylaş