Dünya çempionatı: Ömər Salmanov yarımfinala vəsiqə qazanıb

media-ads_728_90

Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ikinci görüşündə də qələbə qazanıb.

“TV1″ xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda iranlı Esmaeili Leivesi 6:1 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.

Ö.Salmanov 1/8 finalda hindistanlı Avinaş Çetakeni də eyni hesabla üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

media-ads_728_90
Paylaş