Dünya çempionatının FƏRDİ MÜKAFATLARI

media-ads_728_90

FIFA və “Adidas” dünya çempionatının fərdi mükafatlarının dizaynını təqdim ediblər.

“TV1” xəbər verir ki, bunlar “Qızıl top”, “Qızıl buts” və “Qızıl əlcək” mükafatlarıdır.

DÇ-2026-nın rəsmi topu olan “Trionda”nın üslubunda hazırlanan “Qızıl top” mükafatı turnirin ən yaxşı futbolçusuna təqdim ediləcək.

“Adidas”ın məşhur “Predator” futbol ayaqqabısı seriyasının dizayn elementlərini özündə əks etdirən “Qızıl buts” mükafatı ən məhsuldar oyunçuya veriləcək.

“Qızıl əlcək” mükafatı isə yarışın ən yaxşı qapıçısına təqdim olunacaq.

Qeyd edək ki, ötən gün start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

media-ads_728_90
Paylaş