Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

media-ads_728_90

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutub.

“TV1” xəbər verir ki, 1298 ton dizel yanacağı yüklənmiş 22 ədəd vaqondan və 240 ton gübrə yüklənmiş 4 vaqondan ibarət qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Xatırladaq ki, sonuncu dəfə aprelin 11-də Azərbaycandan Ermənistana 887 ton dizel daşıyan 15 ədəd çən vaqon yola salınıb.

İndiyədək Azərbaycandan Ermənistana 6312 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,9 min ton taxıl, 1100 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton “Aİ-95” markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

07:50

Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq.

“TV1” xəbər verir ki, bununla yanaşı, Rusiyadan Ermənistana 4 vaqon gübrə tranzitlə göndəriləcək.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 6 312 ton dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.

Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton “Aİ-95” markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

media-ads_728_90
Paylaş