media-1200x100

Azərbaycanın amfibiya təyyarəsi Balıkesir-Edremit istiqamətində meşə yanğınlarına cəlb edilib -VİDEO 

media-ads_728_90

Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

“TV1” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Ötən gün ərzində təyyarə Balıkesir-Edremit istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.

media-ads_728_90
Paylaş