"FIFA Series – 2026": Azərbaycan millisi Sent Lüsiyanı böyük hesabla məğlub edib
Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirində ilk oyununu keçirib.
“TV1” xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Sent Lüsiya ilə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə bitib – 6:1.
Komandanın qollarını 2-ci dəqiqədə penaltidən Emin Mahmudo, 21-ci dəqiqədə Rəhim Sadıxov, 37-ci dəqiqədə Musa Qurbanlı, 64-cü dəqiqədə Toral Bayramov, 87-ci dəqiqədə Vüsal İsgəndərli, 89-cu dəqiqədə Rüstəm Əhmədzadə vurublar.
Qonaqlardan Filip Donavan 52-ci dəqiqədə penaltidən fərqlənməklə adını tabloya yazdırıb.
Qeyd edək ki, Azərbaycan millisi martın 30-da eyni arenada Syerra Leone ilə üz-üzə gələcək.








