Fransa millisinin məğlubiyyəti Parisdə iğtişaşlara səbəb olub
Futbol üzrə Dünya Çempionatının yarımfinal mərhələsində Fransa millisinin İspaniyaya 2-0 hesablı məğlubiyyəti gecə saatlarında Fransanın paytaxtı Parisdə çılğın azarkeşlərin etirazına səbəb olub.
“TV1” xəbər verir ki, məğlubiyyəti “həzm edə” bilməyən fanatlar buna etiraz olaraq küçələrdə iğtişaşlar törədib, avtomobilləri və yoldakı velosipedləri oda veriblər.
Etirazçıları dağıtmaq üçün küçələrə çevik polis dəstələri səfərbər edilib.
Xatırladaq ki, 2022-ci ildə Fransa millisinin məğlubiyyəti də Paris küçələrində iğtişaşlarla müşayiət olunmuşdu.
Bundan əvvəl İspaniya millisi DÇ-2026-nın yarımfinalında Fransanı 2:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Qolları Mikel Oyarzabal (Lamin Yamalın qazandırdığı penaltini dəqiq yerinə yetirib) və Pedro Porro vurublar.
Fransa millisinin hücumçusu və kapitanı Kilian Mbappe yarımfinal görüşündə qapıya cəmi üç zərbə endirib. 27 yaşlı futbolçu bunların heç birində qapı çərçivəsini tapa bilməyib. O, həmçinin komanda yoldaşları üçün heç bir təhlükəli qol epizodu yarada bilməyib.








