media-1200x100

Gələn il 62 şəhər və rayon dövlət büdcəsindən vəsait almayacaq

media-ads_728_90

2024-cü ildə Azərbaycanda 67 şəhər və rayondan cəmi 5-i öz xərclərini ödəyə bilməyəcək, başqa sözlə, onlara dövlət büdcəsindən vəsait ayrılacaq.

“TV1” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, həmin şəhər və rayonlar Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər və Yardımlıdır. Onların yerli gəlirlərini və xərclərini tənzimləmək üçün gələn ilin büdcəsində 5,287 milyon manat vəsait nəzərdə tutulub.

Beləliklə, 62 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri hesabına maliyyələşdirə biləcək. /trend/

media-ads_728_90
Paylaş