Gəncədə 25 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb
Gəncədə 25 yaşlı gənc bıçaqlanıb. A. Hüseynov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat edilib.
“TV1” xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı, Daşkəsən rayon sakini Sənan Bağırov saxlanılaraq istintaqa təhvil verilib.
Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.