media-1200x100

Gəncədə sursat partlayıb - Ölən var

media-ads_728_90

Gəncədə sursat partlayıb, ölən var.

“TV1” xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

1974-cü il təvəllüdlü A.Tağıyevin yaşadığı evdə minaatan mərmisi ilə ehtiyatsız davranması nəticəsində partlayış olub. Nəticədə 50 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, A.Tağıyev mərmini örüş sahəsində qoyun otaran zaman tapıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. /apa/

media-ads_728_90
Paylaş