media-1200x100

Gimnastlarımız beynəlxalq uğur qazanıblar

media-ads_728_90

Azərbaycanın bədii gimnastları Qazaxıstanın Almatı şəhərində keçirilmiş “Alma Cup” beynəlxalq turnirində üç medal qazanıblar.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında bildirilir.

Bunlardan ikisi qızıl, biri gümüş mükafatdır. 

Halqa, top, gürzlər və lent üzrə yerinə yetirilən çoxnövçülük proqramında böyüklər arasında Zəhra Cəfərova fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Eyni proqramda gənclərin mübarizəsində çıxış edən Sofiya Məmmədova qızıl, Ayan Sadıqova isə gümüş medala sahib çıxıb. Bundan başqa, S.Məmmədova “Turnirin kraliçası” nominasiyasının qalibi adına layiq görülüb.

media-ads_728_90
Paylaş