Goranboyda ağır QƏZA - Ölən və yaralananlar var
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
“TV1” xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.