media-1200x100

Günəşdə güclü partlayışlar baş verib

media-ads_728_90

Fevralın 3-də Günəşdə 7 güclü partlayış baş verib.

“TV1” xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumatda qeyd olunur ki, partlayışlardan ən güclüsü Bakı vaxtı ilə 08:00 radələrinə təsadüf edib. İnstitutun məlumatında qeyd edilir ki, partlayış 12 dəqiqə ərzində davam edib.

Hazırda günəşin partlayış aktivliyi indeksi 10 ballıq şkala ilə 8.7 həddindədir. Qarşıdakı iki gün ərzində isə ən yüksək səviyyəli – X sinfindən olan partlayışların baş verəcəyi gözlənilir.

media-ads_728_90
Paylaş