Günəşdə növbəti partlayış baş verib
NASA-nın Günəş Dinamikası Rəsədxanası (SDO) 26 oktyabr 2024-cü il tarixində saat 10:19-da zirvəyə çatan güclü günəş alovunu qeyd edib.
“TV1” xəbər verir ki, məlumatda hadisənin orbitdəki astronavtlar və kosmik gəmilər üçün təhlükə yaratdığı deyilib.
Həmçinin, qeyd edilib ki, bu güclü partlayışlar radio dalğalarından tutmuş rentgen şüalarına və qamma şüalarına qədər geniş diapazonda elektromaqnit şüalanma yayaraq Yerdəki texnologiya və rabitəyə mənfi təsir göstərə bilər.