Gürcüstan Azərbaycana yeni səfir təyin edib

media-ads_728_90

Gürcüstan Azərbaycanda yeni səfir təyin edib.

“TV1” xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu vəzifəyə Giorgi Zakaraşvili təyin edilib.

Bildirilir ki, G.Zakaraşvili uzun illər XİN-in mərkəzi aparatında və diplomatik nümayəndəliklərdə müxtəlif məsul vəzifələrdə çalışıb. O, 2021-ci ildən bu günədək Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, GUAM-da daimi nümayəndəsi olub.

media-ads_728_90
Paylaş