media-1200x100

Hacıqabulda ağır qəza – Xəsarət alanlar var

media-ads_728_90

Hacıqabul rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

“TV1” xəbər verir ki, hadisə saat 15 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2107” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş