media-1200x100-50faiz

Hacıqabulda yaşayış binasında partlayış olub - Xəsarət alan var

media-ads_728_90

Hacıqabul şəhərində ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

“TV1” xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Yanğın nəticəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 2 otağının döşəməsi 49 m² sahədə yanıb. Yüksək temperaturdan 2 otağın qapısı və 1 otağın plastikdən ibarət pəncərə çərçivəsi qarsalanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

media-ads_728_90
Paylaş