Hakan Fidan: Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirik

media-ads_728_90

Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir.

“TV1” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun yekunlarına dair keçirilən brifinq zamanı deyib.

H.Fidanın sözlərinə görə, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasının iqtisadi faydaları var:

“Orta Dəhlizinin həyata keçirilməsində bölgəmizin rolu son dərəcə önəmlidir. Çünki Cənubi Qafqazdakı stabillik bu dəhlizin təhlükəsizliyi baxımdan önəmlidir. Zəngəzur dəhlizi Türkiyə üçün çox vacib marşrutdur. Bu mövzuda Avropa Birliyi ilə də iş görürük. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra bütün bölgə ölkələri inkişaf edəcək. Buna çox yaxınıq”.

media-ads_728_90
Paylaş