media-1200x100

Hakan Fidan: "Qarabağı öz yurduna qovuşduran azərbaycanlı qardaşlarımızın Zəfər coşqusunu paylaşıram"

media-ads_728_90

Türkiyə xarici işlər naziri Hakan Fidan Zəfər Günü ilə bağlı paylaşım edib.

“TV1” xəbər verir ki, paylaşımda deyilir:

“Qardaş Azərbaycanın 8 Noyabr Zəfər Gününü böyük sevinc və qürurla, ürəkdən təbrik edirəm. Qarabağı öz yurduna qovuşduran azərbaycanlı qardaşlarımızın Zəfər coşqusunu paylaşır, azadlıq mübarizəsində canlarını fəda edən şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi hörmətlə yad edirəm”.

media-ads_728_90
Paylaş