İlham Zəkiyev Paris-2024-də bürünc medal qazanıb
Azərbaycanlı paracüdoçu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
“TV1” xəbər verir ki, ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda Monqolustan təmsilçisi Qanbat Daştserenlə qarşılaşıb.
Rəqibini məğlub edən İ.Zəkiyev bürünc medala sahib çıxıb.
Qeyd edək ki, paralimpiya oyunları sentyabrın 8-də başa çatacaq.