media-1200x100

Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsinin tam razılaşdırılmasına nail ola bilərlər - Mirzoyan

media-ads_728_90

“Ermənistan və Azərbaycan yaxın gələcəkdə sülh müqaviləsi layihəsinin tam razılaşdırılmasına nail ola bilərlər.

“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib”.

“Mən ehtiyatlı nikbinliklə bildirmək istəyirəm ki, yaxın gələcəkdə biz qalan 1-2 maddə üzrə razılığa gələcək və tam razılaşdırılmış sülh müqaviləsinə sahib olacağıq”, – deyə o qeyd edib.

Ermənistan XİN rəhbərinin sözlərinə görə, İrəvan və Bakı sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyət qaydasının ratifikasiyası ilə bağlı bir-birilərini tezliklə məlumatlandıracaq, bundan sonra proses davam edəcək.

A.Mirzoyan əlavə edib ki, Ermənistan və Türkiyə münasibətlərin nizamlanması üzrə pozitiv və aktiv dialoq aparırlar.

“Heç kimə sirr deyil ki, Türkiyə bu prosesi Ermənistan və Azərbaycan arasındakı münasibətlərlə əlaqələndirir, biz ümid edirik ki, münasibətləri ilkin şərtlər qoyulmadan nizamlamaq mümkün olacaq”, – o vurğulayıb.

media-ads_728_90
Paylaş