İsmayıllıda zəlzələ olub
İsmayıllı rayonunda 4 bal gücündə zəlzələ olub.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla 15:11-də qeydə alınıb.
Zəlzələnin dərinliyi 9 kilometr, maqnitudası isə 3,6-dır.