İspaniya Fransanı məğlub edib - DÇ-2026

media-ads_728_90

DÇ-2026-da Fransa və İspaniya arasında yarımfinal oyunu yekunlaşıb.

“TV1” xəbər verir ki, matç 2:0 hesabı ilə ispanların qələbəsi ilə bitib.

Hesabı 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Mikel Oyarsabal açıb. Digər qolu isə 58-ci dəqiqədə Pedro Porro vurub.

Beləliklə, İspaniya 16 ildən sonra yenidən dünya çempionatının finalına yüksəlib.

İspaniya millisinin finaldakı rəqibi Argentina – İngiltərə oyununun qalibi olacaq. Qarşılaşma bu gün saat 23:00-da keçiriləcək.

Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

media-ads_728_90
Paylaş