İsveçrənin XİN başçısı: Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik

media-ads_728_90

İsveçrə Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir.

“TV1” xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Bakıda mətbuat üçün brifinqdə deyib.

“Mən şadam ki, bu prosesdə İsveçrənin də kiçik bir töhfəsi olub. Tərəfləri mümkün qədər tez saziş imzalamağa çağırıram. İsveçrə bu prosesdə istənilən vaxt öz dəstəyini göstərməyə hazırdır”, – o qeyd edib.

media-ads_728_90
Paylaş