Kobaxidze: BTQ-nin istismara verilməsi Gürcüstan-Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına daha da təkan verəcək

media-ads_728_90

Gürcüstan gələcəkdə də Azərbaycan və Türkiyə ilə münasibətləri dərinləşdirməyə böyük diqqət yetirəcək.

“TV1” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, iki ölkə ilə birgə layihələrin həyata keçirilməsi və əlaqələrin möhkəmləndirilməsi Gürcüstan üçün əsas prioritet olaraq qalır.

İ.Kobaxidze qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi Gürcüstan, Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafına daha da təkan verəcək.

“Bağlantı bizim ən böyük güclü tərəflərimizdən biridir. Biz bundan maksimum dərəcədə yararlanmalı və inkişaf etdirməliyik. Bu, digər layihələrlə yanaşı, üç ölkənin bir-biri ilə nə qədər sıx əməkdaşlıq etdiyinin ən yaxşı göstəricisidir”, – deyə Baş nazir əlavə edib.

media-ads_728_90
Paylaş