media-1200x100

Lənkəranda sərnişin avtobusu aşıb - 24 nəfər xəsarət alıb/YENİLƏNİB

media-ads_728_90

Bu gün Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 24 nəfər (13-ü qadın, 10-u kişi cinsli, 1-i azyaşlı olmaqla) bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

“TV1” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 1 nəfərin müalicəsi Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində, digər 4 yaralının müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.

13 nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, Lənkəranda sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.

Qəzada xəsarət alanların adları:

Kərimova Akifə Aşur qızı (1965)
Ramazanzadə Xəqani Fizuli oğlu (1991)
Manafova Jalə Xankişi qızı (1989)
Cəfərova Günay Natiq qızı (1982)
Əliyeva Gülnar Şəmşir qızı (1985)
Qəmbərov Yusif İbrahim oğlu (1968)
Hüseynov Cəvahir Rövşən oğlu (2008)
Bayramova Ulduz Sədaqət qızı (1989)
Xudaverdiyev Səttar Ramin oğlu (2003)
Axundzadə Könül Xaliq qızı (2002)
Əlizadə Əlifağa Xudu oğlu (1995)
Allahverdiyeva Rüqǝyya Ramil qızı (2016)
Ağazadə Yusif Vüqar oğlu (2013)
Hüseynova Sevda Qurban qızı (1992)
Zəkiyeva Ülkər Maksud qızı (1994)
Məmmədova Aygün Şamil qızı (1963)
Xudaveridiyeva Nuridə (1979)
Əkbərov Çingiz Əşrəf oğlu (1984)
Əkbərzadə Maksum Şahid oğlu (2002)
Əliyeva Nuranə Rafiq qızı (1981)
Əhmədova Nazilə Cəfər qızı (1955)
Babayeva Arzu Azad qızı (1985)
Rüstəmov Hümmət Fizuli oğlu (1975)

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev bildirib ki, yanvarın 28-də saat 13 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Hümmət Rüstəmova məxsus “VAZ” markalı avtomobil və Xaqani Ramazanzadənin idarə etdiyi “İsuzu” markalı avtobusun toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə yerində polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik və digər tədbirlər görülüb. Qəza ilə bağlı avtotexniki ekspertizalar təyin edilib, araşdırma aparılır.

14:52  ————————————————————————————————————————————-

Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 28.01.25-ci il tarixində saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“TV1” xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir:

“Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər”.

media-ads_728_90
Paylaş