Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir - Helikopter cəlb olunub - VİDEO
Yanvarın 13-də Lənkəranda Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçıların axtarışları davam edir.
“TV1” xəbər verir ki, axtarışa Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb edilib.
Helikopter axtarışlara başlayıb.
Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində balıqçılar – 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun itkin düşdüyü ehtimal edilir.