media-1200x100

Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışına helikopter cəlb olunub - YENİLƏNİB/VİDEO

media-ads_728_90

Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar – 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları davam etdirilir.

APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.

Axtarış arealının genişləndirilməsi və axtarışların intensivliyinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri də Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış-xilasetmə əməliyyatına cəlb edilib.

Əlavə məlumat veriləcək.

14:59 —————————————————————————————————————————————–

Yanvarın 13-də Lənkəran şəhəri şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində 2 nəfər balıqçının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında axtarışlar davam etdirilir.

“TV1” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşlar – 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. Əlavə məlumat veriləcək.

media-ads_728_90
Paylaş