media-1tv-az-1200x100

Lerik-Hamarat-Vijaker yolunda qar uçqunu olub

media-ads_728_90

Lerikdə qeyri-sabit hava şəraiti qar uçqununa səbəb olub.

“TV1” xəbər verir ki, cənub bölgəsinə yağan güclü qar yollarda avtomobillərin hərəkətinə çətinlik yaradıb. Lənkəran-Lerik magistralı açıq olsa da, ucqar dağ kəndlərinə gedən yollarda problem qalmaqdadır.

Rayonun Lerik-Hamarat-Vijaker yolunda isə qar uçqunu baş verib, yaxın kəndlərə gediş-gəliş çətinləşib. Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.

Lerik fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, yolun qardan təmizlənməsi işlərinə başlanılıb.

Bölgədə günəşli hava müşahidə edilir.

media-ads_728_90
Paylaş