media-1200x100

Lökbatanda palçıq vulkanı püskürüb

media-ads_728_90

Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb.

“TV1” xəbər verir ki, bu barədə Seysmoloji Xidmət məlumat yayıb.

Bildirilir ki, palçıq vulkanının püskürməsinin dərinliyi 3 kilometr olub. Püskürmə 6 dəqiqə 20 saniyə davam edib.

Vulkan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin doqquz seysmik stansiyası (vulkanətrafı) tərəfindən qeydə alınıb.

media-ads_728_90
Paylaş