Maka Boçorişvili: Azərbaycan və Ermənistan arasında münasibətlərdəki müsbət dinamikanı alqışlayırıq

media-ads_728_90

Gürcüstanın Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığı və möhkəm əməkdaşlığı mehriban qonşuluq və dostluq prinsiplərinə əsaslanır. Bu iki ölkə Gürcüstanın əsas ticarət tərəfdaşları sırasındadır. Əməkdaşlığımız siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəniyyət, texnologiya və digər sahələri əhatə edir.

“TV1” xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili İstanbulda keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında deyib.

“Azərbaycan və Ermənistan arasında münasibətlərdə müşahidə olunan müsbət dinamikanı alqışlayırıq və hesab edirik ki, bu proses regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Gürcüstan regionda sülhün və konstruktiv əməkdaşlığın təşviqi istiqamətində səylərini davam etdirməyə hazırdır. Eyni zamanda, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları da dəstəkləyirik”, – deyə Maka Boçorişvili bildirib.

media-ads_728_90
Paylaş