media-1200x100

Manatın nominal effektiv məzənnəsi artıb

media-ads_728_90

Bu il noyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 105,4 bənd təşkil edib.

“TV1” xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilir.

Qeyd olunur ki, bu, aylıq müqayisədə 1,9 bənd, ilin əvvəlinə nisbətən 3,4 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,6 bənd çoxdur.

Noyabrın 1-nə manatın real effektiv məzənnəsi isə 119,8 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,6 bənd çox, ilin əvvəlinə nisbətən 1,6 bənd, illik müqayisədə isə 5,3 bənd azdır.

media-ads_728_90
Paylaş