Manatla pul kütləsinin həcmi AÇIQLANIB
Bu ilin yanvarın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 46,5 milyard manat təşkil edib.
“TV1” xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) məlumatında bildirilir.
Qeyd olunur ki, bu, aylıq müqayisədə 1,8 milyard manat və ya 4%, 2024-cü ilin əvvəlinə nisbətən isə 1,4 milyard manat və ya 3,1% çoxdur.
Bundan başqa, bu ilin yanvarın 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 36,6 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 2 milyard manat və ya 5,8%, 2024-cü ilin əvvəlinə nisbətən isə 1,3 milyard manat və ya 3,6% çoxdur.
Həmçinin, hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 29,6 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 1,9 milyard manat və ya 6,8% çox, 2024-cü ilin əvvəlinə nisbətən isə 31,4 milyon manat və ya 0,1% azdır.
Eyni zamanda bu ilin yanvarın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 15,8 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 244 milyon manat və ya 1,6% çox, ötən ilin əvvəlinə nisbətən 15,4 milyon manat 0,1% azdır.