Məhkum tərəfindən gizlədilmiş odlu silah aşkar edilib

media-ads_728_90

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin keçirdiyi birgə əməliyyat nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl gizlədilmiş odlu silah aşkar edilib.

“TV1” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatında bildirilir.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov” markalı odlu silah, ona məxsus 1 ədəd daraq və 9 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş