media-1200x100

Mehriban Əliyeva Aktau yaxınlığında təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib

media-ads_728_90

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzası nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

“TV1” xəbər verir ki, Mehriban Əliyeva bununla bağlı rəsmi sosial şəbəkəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

media-ads_728_90
Paylaş