media-1200x100

Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində

media-ads_728_90

Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Alba (Jordi Alba) dekabrın 11-də Heydər Əliyev Mərkəzində olublar.

“TV1” xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşən qonaqlar Mərkəzdə təqdim olunan sərgiləri də ziyarət ediblər.

Lionel Messi və komanda yoldaşları “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı xalça kolleksiyası, “Klassik avtomobil sərgisi” və digər ekspozisiyalarla tanış olublar.

media-ads_728_90
Paylaş