"TV1" telekanalının videoçarxları metro STANSİYALARINDA

media-ads_728_90

Metro sərnişinləri “TV1” telekanalının videoçarxlarını stansiyalarda izləyə bilirlər.

“TV1” telekanalı Azərbaycanın efir məkanında qısa müddətdə böyük uğurlara imza atıb. Peşəkar kollektiv tərəfindən hazırlanan maraqlı, rəngarəng, bir-birindən fərqli proqramlarla kanal tamaşaçıların rəğbətini qazana bilib.

Cəmiyyəti düşündürən aktual problemlər, ictimai-siyasi verilişlər, eləcə də gündəmin nəbzini tutan xəbərlərlə  artıq “TV1” telekanalı özünəməxsus izləyici kütləsini toplaya bilib.

Bakı Metropoliteninin stansiyalarında yerləşdirilmiş monitorlarda “TV1” telekanalının videoçarxları yayımlanır.

Biz “TV1” telekanalının komandası olaraq, Azərbaycanın uğurlarını, dövlətimizin siyasətini, milli maraqlarımızı daim üstün tutaraq, cəmiyyəti düşündürən problemlər və həll yollarını peşəkar səviyyədə gündəmə gətirərək, zamanın nəbzini tutmağa çalışırıq. Missiyamız daha böyük tamaşaçı auditoriyasına xitab etməkdir.

Zamanı bizimlə yaşayın!

TV1

media-ads_728_90
Paylaş