Metronun "20 Yanvar" stansiyasının palatformasında bir nəfər ölüb

media-ads_728_90

Bu gün saat 11:30 radələrində Bakı metrosunun “20 Yanvar” stansiyasının palatformasında bir sərnişinin (kişi) halı pisləşib.

“TV1” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin məlumatında bildirilir.

Qeyd olunur ki, dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.

media-ads_728_90
Paylaş