Millimiz ilin ilk oyununa çıxır

media-ads_728_90

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

“TV1” xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz ölkəmizdə təşkil edilmiş “FIFA Series – 2026” beynəlxalq turnirində qüvvəsini sınayacaq.

Komandamız turnirdəki ilk matçında Sent Lüsiya yığması ilə qarşılaşacaq. Sumqayıtda keçiriləcək görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, bu, millimizin 2026-cı ildə ilk oyunudur. Komandamız martın 30-da Syerra Leone yığması ilə də üz-üzə gələcək.

27 mart 19:00

Azərbaycan – Sent Lüsiya

Baş hakim: Giorgi Kruaşvili

media-ads_728_90
Paylaş