Millimiz liderlə üz-üzə - Paris-2024
Paris-2024 Yay Olimpiya Oyunlarında qadın basketbolçuların 3×3 növündə mübarizəsi davam edir.
“TV1” xəbər verir ki, bu gün V turun matçları keçiriləcək.
Azərbaycan millisi Avstraliya ilə görüşəcək. Hesabında bir qələbə olan yığmamız lideri büdrətməyə çalışacaq.
Basketbol 3×3, qadınlar
2 avqust
V tur
11:30. Avstraliya – Azərbaycan
Qeyd edək ki, turnirin əsas mərhələsində 8 komanda dairəvi sistemlə mübarizə aparır. /idman.biz/