Növbəti ilin dövlət büdcəsi nə qədər olacaq?

media-ads_728_90

2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.

“TV1” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,2 % və 0,3 % çoxdur. Son nəticədə dövlət büdcəsində gələn il gözlənilən ümumi daxili məhsulun 2,3 %-i qədər və yaxud 3 milyard 125,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 2,4 % çoxdur.

Proqnozlaşdırılan büdcə gəlirlərinin 42,6 %-i və yaxud 16 milyard 350 milyon manatı neft-qaz sektorunun, 57,4 %-i və yaxud 22 milyard 73 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür.

Proqnozlaşdırılan büdcə xərclərinin isə 24 milyard 771,7 milyon manatının və yaxud 59,6 %-nin cari xərclər, 14 milyard 319,3 milyon manatının və yaxud 34,5 %-nin əsaslı xərclər, 2 milyard 457,6 milyon manatının və yaxud 5,9 %-nin isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olacağı nəzərdə tutulur.

media-ads_728_90
Paylaş