media-1200x100

Güclü geomaqnit qasırğası olacaq

media-ads_728_90

Günəşdə aktiv oblastlarda baş verən güclü alışmalar hesabına oktyabrın 5-6-da Yerdə güclü geomaqnit qasırğası baş verəcək.

“TV1” xəbər verir ki, Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəş aktivliyinin artması hesabına M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların, eyni zamanda, X(R3-güclü) alışmaların olacağı proqnozlaşdırılır.

Bu gün saat 12 radələrindən başlayaraq 6 oktyabr da daxil olmaqla Yerin geoomaqnit sahəsində qasırğalar müşahidə olunacaq. Oktyabrın 5-6-da geomaqnit qasırğalar G3 (güclü) səviyyədə baş verəcək. Oktyabrın 6-dan etibarən geomaqnit qasırğasının zəifləyəcəyi, fon səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.

media-ads_728_90
Paylaş