media-1200x100-50faiz

Ordubadda dəm qazından kütləvi zəhərlənmə olub – Ölən var

media-ads_728_90

Ordubadda dəm qazından kütləvi zəhərlənmə olub.

“TV1” xəbər verir ki, hadisə rayonun Ağrı kəndində qeydə alınıb.

Belə ki, dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Bağırov Salman Əli oğlu, həyat yoldaşı 1943-cü il təvəllüdlü Bədəlova Mənzər Qasım qızı, gəlinləri 1961-ci il təvəllüdlü Zeynalova Qızbəsti Əliqulu qızı və qohumları 1955-ci il təvəllüdlü Fətəliyeva Rəmziyyə Əvəz qızı zəhərləniblər. Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Onlardan S.Bağırov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq  ölüb.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

media-ads_728_90
Paylaş