media-1200x100

Paris-2024: Azərbaycan cüdoçusu bürünc medal uğrunda mübarizə aparacaq

media-ads_728_90

Azərbaycan cüdoçusu Uşanqi Kokauri “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

“TV1” xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı Cənubi koreyalı Min Yon Kimlə qüvvəsini sınayıb.

Cüdoçumuz rəqibinə uduzsa da, bürünc medal uğrunda təsəlliverici qarşılaşmalarda iştirak hüququ qazanıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.

media-ads_728_90
Paylaş