Paris-2024: Azərbaycan cüdoçusu 1/4 finala çıxıb
Paris-2024 Olimpiya Oyunlarında cüdo üzrə növbəti təmsilçimiz tatami üzərinə çıxıb.
“TV1” xəbər verir ki, dünya çempionu, 100 kq çəki dərəcəsində dünya reytinqinin lideri Zelim Kostoyev 1/8 final mərhələsində Pyotr Kuçera (Polşa) ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Kotsoyev 1/4 finala yüksəlib.