media-1200x100

Paris-2024: Azərbaycan gimnastı mübarizəyə başlayıb

media-ads_728_90

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“TV1” xəbər verir ki, təsnifat mərhələsində çıxış edən idmançı ilk cəhdində hakimlərdən 42,950 xal alıb.

O, bu göstərici ilə on altı gimnast arasında on üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, ilk səkkiz yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.

media-ads_728_90
Paylaş