media-1200x100

Paris-2024: Azərbaycan idmançıları bağlanış mərasimində paraddan keçiblər

media-ads_728_90

Hazırda bağlanış mərasimi keçirilən “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının rəsmi paradı olub.

“TV1” xəbər verir ki, “Stad de Frans” stadionunda təşkil olunan paradda bayrağımızı Olimpiadanın gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov və bədii gimnastika üzrə yarışda 5-ci yeri tutan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova dalğalandırıblar.

Qeyd edək ki, Azərbaycan Paris Yay Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub.

media-ads_728_90
Paylaş