media-1200x100

Paris-2024: Azərbaycan medal sıralamasında 15-cidir

media-ads_728_90

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan medal sıralamasında 15-ci pilləyə yüksəlib.

“TV1” xəbər verir ki, bu, 100 kq çəki dərəcəsində yarışan cüdoçumuz Zelim Kotsoyevin qızıl mükafat əldə etməsi ilə mümkün olub.

Daha əvvəl digər cüdoçumuz Hidayət Heydərov da (73 kq) olimpiya çempionu adını qazanıb.

Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.

İlk “üçlük”də Çin (11 qızıl, 7 gümüş, 6 bürünc), ABŞ (9 qızıl, 15 gümüş, 13 bürünc) və Fransa (8 qızıl, 11 gümüş, 8 bürünc) yer alıb.

media-ads_728_90
Paylaş