Paris-2024: Hacı Əliyev 1/4 finalda
Paris-2024-də sərbəst güləş üzrə yarışlar davam edir.
“TV1” xəbər verir ki, Rio Olimpiya Oyunlarının bürünc, Tokio-2020-nin gümüş mükafatçısı Hacı Əliyev dəsti tamamlamaq üçün xalçaya çıxıb.
65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan H.Əliyev meksikalı Ostin Qomeslə üz-üzə gəlib.
Rəqibini məğlub edən təmsilçimiz 1/4 finala vəsiqə qazanıb.