media-1200x100

Paris-2024: Həsrət Cəfərov YARIMFİNALDA

media-ads_728_90

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

“TV1” xəbər verir ki, bu gün yunan-Roma güləşində son iki çəkidə mübarizə başlayıb.

Azərbaycan yığmasının iki “klassik”i xalçaya çıxıb. Həsrət Cəfərov və Rafiq Hüseynov medal qarşılaşmalarına vəsiqə üçün mübarizə aparır.

Yunan-Roma güləşi
67 kq

Həsrət Cəfərov Olimpiadaya 1/8 finaldan başlayıb. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısı Mohamed Elsayedi (Misir) xalçaya çıxmağa peşman edib. Güləşçimiz tam üstünlüklə (9:0) qələbə qazanaraq 1/4 finala yüksəlib. O, ikinci qarşılaşmasında moldovalı Valentin Petiçlə münasibətinə aydınlıq gətirib. Cəfərov bu dueldən də qalib ayrılıb – 3:1.

media-ads_728_90
Paylaş